fuad necefli

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Ordubad rayonunda sakinlərlə görüşüb.

Globalinfo.az xəbər verir ki, o, Prezident İlham Əliyevin salamlarını rayon sakinlərinə çatdırıb və bugünkü görüşdə sakinlərin problemlərini, üzləşdikləri çətinlikləri dinləyəcəyini deyib.

Görüşdə 44 rayon sakininin şikayəti dinlənilib, 54 sakinin yazılı şikayəti isə baxılması üçün götürülüb. Bildirilib ki, problemlər qısa müddətdə aid dövlət qurumları ilə birlikdə araşdırılıb həll olunacaq.

Görüşdən sonra Ordubad şəhərindəki Şəhidlər xiyabanı ziyarət edilib.

Paylaş: