
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak ediblər.
Globalinfo.az xəbər verir ki, dövlətimizin başçısı tədbirdə çıxış edib.

***
Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışından bir hissə:

***
Xatırladaq ki, dünən Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Laçın rayonuna səfər ediblər və bir çox açılışlarda iştirak ediblər.
Prezident İlham Əliyev “AzərEnerji” ASC-nin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışlarında iştirak edib.
Dövlətimizin başçısı və birinci xanım Laçın Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.
Prezident İlham Əliyev Kəlbəcər–Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində həyata keçirilən işlərlə tanış olub.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın şəhərinə yaxın ərazidə inşa ediləcək mehmanxana kompleksinin təməlqoyma mərasimində,
Laçın rayonunun sənaye zonasında mebel fabrikinin açılışında iştirak edib, prefabrik modul evlərin istehsalı müəssisəsinin və xırdabuynuzlu heyvanların saxlanılması məntəqəsinin fəaliyyəti ilə tanış olub,
“Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun
Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra
“Həkəri Balıq Təsərrüfatı”nın açılışlarında iştirak ediblər.






















