Prezident üç ölkə ilə bağlı sərəncam imzaladı

Azərbaycan-İsrail birgə komissiyanın tərkibində dəyişiklik edilib.

Globalinfo.az bildirir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 2999 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla komissiyanın tərkibinə Azərbaycan tərəfindən Dövlət Ehtiyatları Agentliyi İdarə Heyətinin sədri daxil edilib.

X X X

Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının tərkibi dəyişib.

Globalinfo.az bildirir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla Dövlət Komissiyasının tərkibinə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi İdarə Heyətinin sədri Səbuhi Sadıqov da daxil edilib.

X X X

Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın tərkibində dəyişiklik edilib.

Globalinfo.az bildirir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 mart tarixli 2016 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Sərəncamla komissiyanın tərkibinə Azərbaycan tərəfindən Dövlət Ehtiyatları Agentliyi İdarə Heyətinin sədri daxil edilib.