Prezident seçkiləri: namizədlərin debatı nə vaxt başlayır?

7 fevral 2024-cü ildə keçiriləcək prezident seçkiləri ilə bağlı diqqətçəkən məsələlərdən biri də namizədlərin canlı yayım debatlarına nə zaman start veriləcəyidir.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, hazırda namizədlər texniki işlərin həyata keçirilməsi mərhələsindədirlər. Belə ki, əvvəlcə Mərkəzi Seçki Komissiyası (MSK) namizədlərin qeydiyyatını həyata keçirir, daha sonra imzatoplama kampaniyası başlayır. Ardınca MSK tərəfindən namizədlik qəbul olunur, növbəti mərhələdə isə təbliğat müddəti başlayır.

Həmin ərəfədə namizədlərə kütləvi informasiya vasitələrində ödənişli və ödənişsiz əsaslarla təbliğat imkanları yaradılır. Bundan sonra isə debatların nə vaxt keçiriləcəyi barədə məlumat veriləcək.

Safura Bənnayeva
Globalinfo.az