1762609075 8504e040ca7649a2ce5af7bee3fdd61f 2

Prezident İlham Əliyev “Ayntraxt” komandası üzərində inamlı qələbəsi münasibətilə “Qarabağ” komandasını təbrik edib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı dövlət başçısı sosial media hesabında paylaşım edib.

Paylaşımda deyilir:

“Çempionlar Liqasının əsas mərhələsində “Ayntraxt” komandası üzərində parlaq qələbə qazanması münasibətilə Qarabağ futbol klubunu ürəkdən təbrik edirəm!

Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı. Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə Qarabağın qələbə yolunu kəsməyə çalışırlar. Ümid edirəm ki, UEFA bu hakimin kimin tərəfindən təyin olunmasına aydınlıq gətirəcək.

Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ!”

Paylaş: