photo 2026 07 30 18 42 33 2

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 30-da Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Tacikistan Prezidenti Emoməli Rəhmon ilə birlikdə Çolpon-Ata şəhərindəki “Issyk-Kul Golf Resort” kompleksində Qolf Klubun açılışında iştirak edib.

Globalinfo.az xəbər verir ki, əvvəlcə “Issyk-Kul Golf Resort” kompleksi və Qolf Klub barədə videoçarx nümayiş olunub.

Qolf Klub İssık-Kul gölünün sahilində “Issyk-Kul Golf Resort” çoxfunksiyalı turizm kompleksinin ərazisində yerləşir. Bu kompleksin ümumi sahəsi 120 hektardır. Bunun da 103 hektarı Qolf Klubun payına düşür.

Bu layihənin icrası yalnız yay aylarında deyil, digər fəsillərdə də İssık-Kula turist axınını cəlb etmək üçün böyük rol oynayacaq. Belə ki, burada ilin 10 ayında qolf oynama üçün meydança qurulub. Zəruri infrastrukturun yaradıldığı Qolf Klubun ərazisində 80 yerlik mehmanxana da qonaqların ixtiyarına veriləcək. Burada qolf akademiyasının yaradılması və müxtəlif səviyyəli qolf turnirlərinin keçirilməsi nəzərdə tutulur.

Turizm, idman, sağlamlıq və əyləncə meyarlarını özündə birləşdirən “Issyk-Kul Golf Resort” kompleksində Qolf Klubla yanaşı, ümumilikdə dörd və beşulduzlu bir neçə hotel, restoranlar, çimərlik sahələri olacaq.

Qırğızıstan Qolf Federasiyasının prezidenti Xomeni Erqeşov çıxış edərək dövlət başçılarını salamlayıb.

Sonra Qırğızıstan Prezidenti Sadır Japarov çıxış edib.

Daha sonra dövlət başçıları “Issyk-Kul Golf Resort” kompleksinin ərazisini gəzdilər, burada qolf oyununun rəmzi başlama mərasimində iştirak ediblər.

9lbtarnwqrNJcPORTFIyNSXltGmMFw5sWmsaug8I 1200 20olJzWR1ntAne8EcGAHJu3CgIoJfLqwu49kMSGL 1200 ag7MZsJvkAIWCJsPAl3s4UWrec93zMk9JQjgh5Aq 1200 BiKuSRXE8QmYRr7RMisjMOXjHgos0Tsy4DFNGgPG 1200 EaSBfWUOm0b1EOR9r5egm7AWKs2sEbJ22VWO93Ia 1200 jIU28Dj2nRVYWGZSL9XCPN2bT350PXUaVdV0cGKX 1200 ksQiYZ9FcTUFKQB3Mu3jF1sAqQblbKpDLbzRR8pk 1200 photo 2026 07 30 18 42 33 photo 2026 07 30 18 42 34 2 photo 2026 07 30 18 42 34 3 photo 2026 07 30 18 42 34 4 photo 2026 07 30 18 42 34 5 photo 2026 07 30 18 42 34 photo 2026 07 30 18 42 35 2 photo 2026 07 30 18 42 35 3 photo 2026 07 30 18 42 35 zlt9UbdvWZfGU1JUru3mZ9nVptXe8UIR8b9Fmy07 1200

Paylaş: