WhatsApp Image 2023 10 14 at 13.01.05

Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatarın Azərbaycan səfəri davam edir. Səfər çərçivəsində hörmətli Ersin Tatar bu gün Azərbaycanın media nümayəndələri ilə görüş keçirir.

Globalinfo.az xəbər verir ki, hazırda o, jurnalistlər qarşısında çıxış edir.

Xatırladaq ki, bu gün, oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatarı qəbul edib. Onların görüşü 1 saata yaxın davam edib və Ersin Tatar Prezident İlham Əliyevlə görüşdən sonra Bakıda azərbaycanlı jurnalistlərlə görüşə gəldi.

Hazırda o, önəmli mesajlar verir və Azərbaycan-Türkiyə, o cümlədən Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti arasındakı hazırki və bundan sonrakı münasibətlər haqqında maraqlı çıxışlar edir.

WhatsApp Image 2023 10 14 at 12.52.04 WhatsApp Image 2023 10 14 at 12.45.52 WhatsApp Image 2023 10 14 at 12.45.35 1 WhatsApp Image 2023 10 14 at 12.45.34 1

 

Malik Liftiyev
Globalinfo.az

Paylaş: