Praqada Azadlıq Radiosunun əməkdaşının İlham Əliyev və Ərdoğanla maraqlı, yumorlu dialoqu – VİDEO

Xəbər verdiyimiz kimi, oktyabrın 6-da Çex Respublikasının paytaxtı Praqa şəhərində “Avropa Siyasi Birliyi” Zirvə Toplantısı öz işinə başlayıb. Bu toplantıda iştirak edən dövlət və hökumət başçıları arasında Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da var. 

Globalinfo.az bildirir ki, Praqada Azadlıq Radiosunun əməkdaşı hər iki liderə yaxınlaşıb, onlara sual verib. Jurnalistlə hər iki prezident arasında olduqca maraqlı dialoq alınıb. Azadlıq Radiosunun əməkdaşı ilə liderlər arasında yumorla zəngin olan söhbət sosial şəbəkələrdə və peşəkar mediada sürətlə paylaşılmaqdadır.

Jurnalist Qarabağ mövzusu ilə bağlı prezident İlham Əliyevə suallar verib. Videonu təqdim edirik: