
Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Polşa və Litva Belarus və Rusiya ilə sərhəddə mina, partlayıcı qurğular yerləşdirmək niyyətindədir.
Globalinfo.az xəbər verir ki, o, bu barədə təhlükəsizlik müşavirəsində çıxışı zamanı bildirib.
Lukaşenko iddia edib ki, Qərb ölkələri sərhədləri hərbiləşdirməkdə davam edir və bu, regionda gərginliyi artırır.
Hazırda rəsmi Varşava və Vilnüsdən məsələ ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.
Aysel Əliyeva
Globalinfo.az