
Fransa Prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinin Kiyevə İstanbulda birbaşa danışıqları bərpa etmək təklifinə münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, o, bunu “qeyri-kafi addım” adlandırıb.
“Qeyd-şərtsiz atəşkəsdən əvvəl danışıqlar aparılmamalıdır. Putin guya çıxış yolu axtarır. Lakin o, hələ də vaxt qazanmaq istəyir”, – deyə Makron əlavə edib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Kiyevə İstanbul danışıqlarını bərpa etməyi təklif edib.
Günay Rəsulqızı
Globalinfo.az