Plastik əməliyyatı pisləyirdi, indi özü də etdirir

elnare

Əməkdar artist Elnarə Abdullayeva plastik əməliyyat etdirəcək.

Globalinfo.az axşam.az-a istinadən xəbər verir ki, xanəndə gözünün üstündəki artıq ətdən və gözaltı qırışlardan xilas olmaq üçün bıçaq altına yatacaq. Bu haqda aparıcı-aktyor Sərxan Kərəmoğlu paylaşım edib.

Elnarə bildirib ki, eyni zamanda gözlərini dartdıracaq. O, “qazayağı” görünüşdən xilas olmaq istədiyini vurğulayıb:

“İynə vurdurdum, pis oldum, səsim də batdı. Mənə iynə düşmür”.

Qeyd edək ki, E.Abdullayeva hər zaman açıqlamalarında plastik əməliyyatı pisləyir, heç vaxt etdirməyəcəyini deyirdi.