PKK-nın 23 terrorçusu zərərsizləşdirilib – VİDEO

Türkiyə Hərbi Hava Qüvvələrinin İraqın şimalındakı Asos bölgəsində hava əməliyyatı keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi Twitter-də məlumat yayıb.

Əməliyyat nəticəsində PKK-nın 23 terrorçusu zərərsizləşdirib.

Məlumata görə, hava əməliyyatı İraqın şimalının 140 km dərinliyində baş tutub. Məlumata görə, zərərsizləşdirilən terrorçuların sayının artması gözlənilir.