İranın viran günləri başlayır – Tramp hərəkə keçir

Donald Trampın prezident vəzifəsinə keçməsindən sonra İrana qarşı sanksiyalar sərtləşəcək. Bu o cümlədən neft sahəsini də əhatə edəcək.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “The Wall Street Journal” öz mənbələrinə istinadən yayıb. Məlumata görə, Tramp İrana qarşı birinci prezidentlik dönəmindəki kursunu saxlayacaq.

“Məncə siz yenilənmiş sanksiyaları görəcəksiniz. Onlar İran diplomatik və maliyyə anlamında izolyasiya etməyə çalışacaq. İran hazırda zəif vəziyyətdədir və ABŞ hökumətinin bundan istifadə etmək şansı var” – deyə Trampa yaxın şəxslərdin biri nəşrə bildirib.

Bununla belə İrana qarşı hansı addımların atılacağı açıqlanmayıb. Qəzet isə İrana qarşı sanksiyaların İran neftinin tədarük edildiyi Çin limanlarını da əhatə edəcəyini bildirib.

Əliyar Xəlil
Globalinfo.az