iran 6

İran tərəfindən İsrail ərazisinə qarşı növbəti raket hücumu başlayıb.

Globalinfo.az xəbər verir ki, İranın elit hərbi qurumu olan SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) hücumun “69-cu zərbə dalğası” olduğunu açıqlayıb.

Rəsmi mənbələr bildirir ki, raketlər əsasən İsrailin şimal və mərkəzi bölgələrində yerləşən iri şəhərlərə — Hayfa, Təl-Əviv və Akka istiqamətində atılıb.

İsrail tərəfi hələlik itkilər və dağıntılarla bağlı rəsmi açıqlama verməyib, lakin hava hücumundan müdafiə sistemlərinin aktivləşdirildiyi bildirilir.

Tahir Turan

Globalinfo.az

Paylaş: