“Bu, Serbiya və Kosova üçün yeganə yoldur” – Blinken

“Avropa İttifaqının (Aİ) dəstəklədiyi dialoq Serbiya və Kosovo münaqişəsi üçün yeganə həll yoludur”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

O bildirib ki, 1990-cı illərdə yaşanan hadisələrin təkrarlanmasına yol vermək olmaz:

“Kosovo və Serbiya ilə bağlı Aİ-nin vasitəçiliyi ilə dialoqun başlaması doğru və yeganə yoldur. Birləşmiş Ştatlar həm Serbiya, həm də Kosovoya bu yolda dəstək olmaq üçün hər cür səy göstərməyə hazırdır. Biz bir çox insanın 1990-cı illərdə gördüklərinin və yaşadıqlarının təkrarlanmasına icazə verə bilmərik. Buna görə Qərbi Balkan ölkələrinin inteqrasiyasını inkişaf etdirmək üçün edilən bütün səyləri dəstəkləyirik”.

Qeyd edək ki, fevralın 8-də Serbiya prezidenti Aleksandr Vuçiç BMT Təhlükəsizlik Şurasının iclasında beynəlxalq ictimaiyyəti Kosovoda vəziyyətin normallaşması üçün təcili tədbirlər görməyə çağırıb.

Əliyar Xəlil
Globalinfo.az