Pezeşkian paytaxtı Tehrandan köçürmək istəyir: “Başqa çarəmiz yoxdur”

İran Prezidenti Məsud Pezeşkian paytaxtın cənuba köçürülməsini təklif edib.

Globalinfo.az xəbər verir ki, Pezeşkian bunu iqtisadi məqsədəuyğunluqla əlaqələndirib.

Prezidentin sözlərinə görə, ölkə paytaxtının Tehrandan Fars körfəzi sahillərinə köçürülməsi zərurəti yaranıb.

“Bizim iqtisadi və siyasi mərkəzi ölkənin cənub sahillərinə köçürməkdən başqa çarəmiz yoxdur. Tehran başqa yolla həll edilə bilməyən problemlərlə üz-üzədir. Xammalın cənubdan və sahildən mərkəzə daşınması, hazır məhsulun yaradılması və ixrac üçün yenidən cənuba göndərilməsi bizim rəqabət qabiliyyətimizi xeyli azaldır, – deyə Pezeşkian vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az