Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada 561 nəfər vaksinasiya olunub.

Globalinfo.az bildirir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 150, ikinci doza vaksinlərin sayı 139 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 235-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 37 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 920 621 olub.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb