Paşinyan “Bakı ilə yeni müharibə” dedi, Rusiyadan cavab gəldi

Kremlin sözçüsü Dmitri Peskov Ermənistan baş naziri Nikol Paşinyanın rəsmi Bakının növbəti müharibəyə hazırlaşmasına dair sözlərinə münasibət bildirib. 

Globalinfo.az xəbər verir ki, Peskov Azərbaycan tərəfindən tamamilə əks məzmunda bəyanatlar eşidildiyini deyib.

“Azərbaycanın dövlət səviyyəsində bu kimi bəyanatlarını görməmişəm. Biz rəsmi Bakıdan tam fərqli bəyanatlar eşitmişik. Bir mərhələnin başa çatdığını, sülh müqaviləsi imzalamağa hazır olduqlarını bildirirlər. Ona görə də mən cənab Paşinyanın bəyanatlarının bu hissəsi haqqında konkret heç nə deyə bilmərəm”, – Peskov vurğulayıb.

Qeyd edək ki, N.Paşinyan ATƏT Parlament Asambleyasının İrəvanda keçirilən iclasında bölgədə yeni eskalasiya təhlükəsinin olduğunu iddia edib.

Əliyar Xəlil
Globalinfo.az