4ecdf93e1dbfae67600f5e101065fbd9 4656384

AzərbaycanRusiya Prezidentləri İlham Əliyev və Vladimir Putin Düşənbədə keçirilən görüşdə iki ölkə arasında mövcud məsələləri müsbət məcrada müzakirə ediblər.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Vedomosti”yə açıqlamasında bildirib.

Peskovun sözlərinə görə, görüş zamanı gündəmdəki bütün aktual məsələlər, o cümlədən Bakıda saxlanılan Rusiya vətəndaşları ilə bağlı vəziyyət də müzakirə olunub.

Qeyd edək ki, Moskva ilə Bakı arasındakı münasibətlər 2024-cü ilin dekabrında Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğramasından sonra gərginləşib.

Tahir Turan
Globalinfo.az

Paylaş: