“Rusiya Ukraynanın atəşkəsə hazır olması ilə bağlı siqnal almayıb”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
O həmçinin Britaniya əks-kəşfiyyatının Kremlin Avropada destabilizasiya yaratmaq cəhdləri barədə iddialarını təkzib edib.
Qeyd edək ki, bundan öncə Britaniya əks-kəşfiyyatı Mİ-5 Rusiyanın ölkədə vəziyyəti gərginləşdirmək, küçələri qana boyamaq istədiyini açıqlayıb. Mİ-5 Rusiyanın Avropada müxtəlif qruplarla əlaqəyə keçib onları maliyyələşdirdiyini bildirib. Əks-kəşfiyyat həmçinin son bir ildə təkcə Britaniyada onlarla destabilizasiya yaradacaq əməliyyatın qarşısını aldıqlarını bəyan edib.
Əliyar Xəlil
Globalinfo.az