dmitriy peskov 131120

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna münaqişəsinin nizamlanması üzrə yeni danışıqların yaxın vaxtlarda keçiriləcəyini bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.

Onun sözlərinə görə, söhbət danışıqların üçüncü raundundan gedir və Moskva onun “çox tezliklə” baş tutacağını ehtimal edir.

Kreml sözçüsünə növbəti danışıqların yeri və tarixi ilə bağlı Rusiya tərəfinin məlumatlı olub-olmadığı barədə sual ünvanlanıb. Peskov cavabında qeyd edib ki, bu barədə əlavə məlumat sonradan açıqlanacaq.

“Biz sizi məlumatlandıracağıq. Dediyimiz kimi, üçüncü turun tezliklə baş tutacağını gözləyirik. Danışıqların keçiriləcəyi yer barədə də sizə istiqamət verəcəyik”, — deyə Peskov bildirib.

Tahir Turan
Globalinfo.az

Paylaş: