ABŞ-ın müdafiə naziri Pit Heqsetin yaxın zamanda vəzifəsindən uzaqlaşdırılması nəzərdə tutulur.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə “South China Morning Post” çıxış edib.
Nəşr yazır ki, Heqsetin vəzifədən uzaqlaşdırılmasının bir neçə səbəbi var. Bunlardan ilki İran məsələsində qətiyyətli irəliləyişin əldə olunmamasıdır. ABŞ Prezidenti Donald Trampın buna görə çox qəzəbləndiyi bildirilir. Məlumata görə, Vaşinqton sözügedən məsələyə görə çıxılmaz vəziyyətdədir.
Həmçinin “Abraham Linkoln” təyyarədaşıyan gəmisində ekipajın qida çatışmazlığı və pis sanitar vəziyyətlə üzləşdiyi qeyd olunur. Lakin Pentaqon bu problemi də həll edə bilməyib.
O cümlədən, Heqset Konqresi 1,5 trilyon dollarlıq müdafiə büdcəsini də təsdiqləməyə inandıra bilməmişdi. Beləliklə, onun yaxın zamanda isteva verməsi, ya da vəzifədən uzaqlaşdırılması gözləniləndir.
Əliyar Xəlil
Globalinfo.az