putin 2

“Avropalı “demokratlar” təxminən iyirmi ildir Rusiyanı azadlıqdan, insan hüquqlarından, vətəndaş cəmiyyətindən və liberal dəyərlərdən imtina etdiyinə, avtoritarizmə doğru gerilədiyinə görə tənqid edirlər. Həmin “demokratlar” 1990-cı illərdə ölkəni demokratikləşdirmə yolunu seçən Yeltsin rejimini alqışlayır və tərifləyirdilər. Bu prosesin nəticəsi isə xaos, talan, cinayətkar aləmin dövlət qurumlarına nəzarəti ələ keçirməsi, millətlərarası qanlı toqquşmalar və digər hadisələr oldu”.

Globalinfo.az xəbər verir ki, bunu erməni siyasi şərhçi Qarik Keryan deyib.

“2000-ci illərin əvvəllərindən, Vladimir Putinin hakimiyyətə gəlməsindən sonra siyasi sistem əhəmiyyətli dərəcədə dəyişdi. Bunun yaxşı, yoxsa pis olduğunu müzakirə etməyin mənası yoxdur, bu, siyasi mövqedən asılı məsələdir.

Lakin bu gün Fransanın, İtaliyanın və Avropa İttifaqının digər ölkələrinin şəhərlərində baş verənlər liberal radikal idarəetmənin səmərəliliyi barədə yenidən düşünməyə vadar edir. Fransa yazıq oldu. Yaxşı ki, Şarl de Qoll ölkəsinin bu rüsvayçı vəziyyətini görmür”, – deyə o bildirib.

Siyasi şərhçi qeyd edib ki, Avropa İttifaqının ali qurumu olan Avropa Şurasının iclasında isə Ukrayna Prezidenti Volodimir Zelenski 70 milyard avrodan çox vəsait tələb edir və əks halda, 20 milyon ukraynalının Avropa şəhərlərinə axışacağı barədə xəbərdarlıq edir:

“Bir tərəfdən sosial üsyan təhlükəsi və Afrika-Asiyadan gələn dağıdıcı müsəlman miqrant dalğası, digər tərəfdən isə Zelenskinin təhdidləri var”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: