Pentaqon rəhbərinin son durumu

ABŞ-ın müdafiə naziri (Pentaqon rəhbəri) Lloyld Ostinin son durumu məlum olub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Pentaqondan məlumat verilib.

Bildirilib ki, o, Merilend ştatındakı Uolter Rid Milli Tibb Mərkəzindədir: “Ostin artıq reanimasiyada deyil. Amma hələ də özünü pis hiss etməkdə davam edir. Buna baxmayaraq, proqnozlar yaxşıdır”.

Nazirin evə buraxılacağı tarix məlum deyil.

Qeyd edək ki, 70 yaşlı nazir səhhətindəki problemlərlə əlaqədar yanvarın 1-də xəstəxanaya yerləşdirilib. O, 4 gün reanimasiya şöbəsində qalıb.

Bundan əvvəl “Politico” qəzeti yazıb ki, ABŞ Müdafiə Nazirliyi Ostinin harada olması barədə məlumatları üç gün ərzində Ağ Evdən gizli saxlayıb.