Pensiya yaşının tamam olmasına 5 il qalmış şəxslərə… – Razi Nurullayev

“Təmsil etdiyim Milli Cəbhə Partiyası təklif edir ki, Azərbaycanda qadınlar üçün pensiya yaşı azaldılaraq 60, kişilər üçün isə 62 olaraq müəyyən edilsin”.

Globalinfo.az xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclsiin martın 29-da keçirilən plenar iclasında deyib.

Deputat pensiya yaşına az müddət qaldığı zaman vəfat edən şəxslərə dəfn pulunun verilməsini təklif edib:

“Təklifimizin əsas səbəbi ölkəmizdə vətəndaşların pensiya yaşına çatmadan ölmə hallarının çoxalmasıdır. Təəssüf ki, Azərbaycanda pensiya yaşına çatmadan vəfat edən şəxslərə dəfn pulu verilmir. Təklifim budur ki, pensiya yaşının tamam olmasına 5 il qalmış şəxslərə dəfn pulu verilsin”.

“Ümumilikdə əmək pensiyasına edilən dəyişiklik normaldır. 2019-cu il siyashıya alınmasına əsasən, Azərbaycanda 6 və daha çox uşağı olan 16 mindən çox ailə mövcuddur. Hazırda 5-dən çox uşağı olduğuna görə 2 600 qadın sosial müavinət alır”, – deputat bildirib.

Ayşən Mustafa
Globalinfo.az