Pensiya kartımı ona vermişəm – Sabiq deputat

“Düzdür, pensiya alıram, amma hələ də pensiya kartımdan istifadə edə bilməmişəm”.

Bu sözləri Globalinfo.az-a sabiq deputat Hacı Qalib Salahzadə deyib.

O, pensiya kartının nəvəsində olduğunu qeyd edib:

“Allah bütün balaları saxlasın, mənim də 14 nəvə-nəticəm var. Pensiyaya ehtiyacım yoxdur, ona görə də aldığım məbləği nəvələrim götürür. İnanın, heç məbləğin nə qədər olduğunu da bilmirəm. Çox güman ki, deputatların aldığı qədər təqaüd alıram. Hətta kartın dəqiq kimdə olduğunu belə bilmirəm (gülür)”.

Zaira Akifqızı
Globalinfo.az