1571124953 pensiyaner

Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə 2025-ci il yanvarın 1-dən minimum əmək pensiyaları hardasa 14.5 faiz qaldırılıb, 280 manatdan 320 manata çatdırilIb. Eyni zamanda, 2025-ci il yanvarın 1-dən əmək pensiyalarının indeksasiyası həyata keçiriləcək və rəsmi infilyasiya səviyyəsinə uyğun olaraq, 8.5 faiz artırılacaq.

Məsələ ondadır ki, özlərini “ekspert” adlandıran bəzi iqtisadçıar 320 manatdan az pensiya alanların pensiyalarının 14.5 faiz, 320 manatdan çox alanların isə 8.5 faiz artacağını deyirlər. Mənə elə gəlir ki, savadsız və mənasız yanaşmadır. Belə çıxır ki, əvvəllər 280 manat alanlar yanvarın 1-dən sonra, əvvəllər 320 manat alanlardan çox pensiya alacaq?! Bəs, ədalət, elementar məntiq harda qaldı?!

Məntiqə görə, ədalətə görə minimum pensiyanın artırılması bütün pensiya alanlara şamil olunmalıdır. Əvvəllər 280 manat alanlar yanvarın 1-dən sonra əvvəllər 320 manat alanlar qədər pensiya almamalıdır, əvvəlki fərq saxlanılmalıdır. Xahiş edirəm ki, məsələdən halı olanlar, mənimlə razı olanlar öz münasibətlərini bildirsinlər. Əvvəlcədən təşəkkür edirəm.

Qalib ARİF
Paralel.az

Paylaş: