Paşinyanla qəti şəkildə razılaşmırıq – Peskov

“Moskva Ermənistanın Baş naziri Nikol Paşinyanla qəti razılaşmır, KTMT İrəvan üçün təhlükəli deyil”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, təşkilat üzv ölkələrin suverenliyini qoruyur:

“Biz öz mövqeyimizi səbirlə Ermənistan rəhbərliyinə çatdıracağıq. İrəvan hələ də təşkilatın üzvüdür. Bu səbəbdən təmaslarımız davam edəcək”.

Qeyd edək ki, Nikol Paşinyan KTMT-ni Ermənistanın təhlükəsizliyinə təhdid adlandırıb.

Əliyar Xəlil
Globalinfo.az