Paşinyanın yerinə onu hazırlayırlar – Savaş başladacaq…

Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağla bağlı açıqlamaları, Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq cəhdləri müxalifətin qəzəbinə səbəb olub. 

Globalinfo.az xəbər verir ki, müxalif dairələr, media, nüfuzlu jurnalistlər və politoloqlar Ermənistanın sabiq prezidenti Robert Köçəryanı Paşinyana qarşı güclü fiqur kimi gündəmə gətirməyə başlayıblar.

Xüsusən Robert Köçəryanın rəhbərliyi dövrünə aid arxiv fotoları paylaşılır, ölkənin hazırkı vəziyyəti ilə onun dövründəki durum müqayisə edilir. Paşinyanın Qarabağla bağlı mövqeyi tənqid edilir, Köçəryanın qatı münasibətinə haqq qazandırılır.

Revanşist, qəddar, müharibəyönümlü mövqeyi ilə tanınan Robert Köçəryanın dəstəkçiləri ona haqq qazandırmaqla həm də növbəti savaşın başlamasını dəstəkləmiş olurlar. Əksəriyyət Paşinyanın normallaşma fikrinə qarşı çıxaraq, 1990-cı illərdəki prosesi təkrarlamaq çağırışları edirlər.

Ayşən Mustafa
Globalinfo.az