Ermənistanın Baş naziri Nikol Paşinyanın 44 günlük müharibə ilə bağlı açıqlamaları gündəmə çevrilib.
Globalinfo.az xəbər verir ki, artıq onun açıqlamalarında səhvlər də ortaya qoyulub.
Belə ki, Ermənistan parlamentinin keçmiş sədr müavini Eduard Şarmazanov sosial şəbəkə hesabında N.Paşinyanı ifşa edib:
“Əslində, kapitulyasiyanı noyabrın 9-u səhər imzalayıb. Ancaq gecə öz Feysbuk hesabında yazıb ki, “Şuşa uğrunda döyüşlər davam edir”. Yaramaz, yalançı, kapitulyant!”
Tahir Turan
Globalinfo.az