Paşinyanın həyəcanlı anları: azərbaycanlı jurnalistdən qorxub qaçdı – VİDEO

Münxen Təhlükəsizlik Konfransı zamanı Ermənistan Baş naziri Nikol Paşinyan azərbaycanlı jurnalistlərin suallarından mühafizəçilərinin vasitəsilə qaçmağa çalışıb.

Globalinfo.az xəbər verir ki, bu barədə konfransı izləmək üçün Münxenə ezam olunan “ARB 24” televiziyasının jurnalisti Çinarə Nurməmmədova bildirib.

Jurnalist Cənubi Qafqaz liderlerinin dünən keçirilən panel diskussiyasından öncə konfrans zalına gələn Paşinyana onun mövqeyini öyrənmək üçün yaxınlaşsa da, erməni baş nazirin mühafizəçiləri buna imkan verməyiblər.

O həmçinin panel diskussiya bitdikdən sonra erməni baş nazirin azərbaycanlı jurnalistlərdən qorxaraq iclas zalını arxa qapıdan tərk etdiyini deyib:

“Konfrans zalının girişində Paşinyanın mühafizəçisi bütün gücü ilə qolumu sıxıb, mikrofonu tutmağıma mane olurdu.

Hotelin çıxışında isə bizi görüb düz qapıdan həyəcanla geri qayıtdı və haradansa gizli çıxışdan getdi. Sadəcə, bir suala görə niyə bu qədər qorxur?”