Paşinyanın sözləri Kremli çaşdırdı: “Oktyabrı gözləyir, çünki…”

“Ermənistan regionda Rusiya əleyhinə bəyanatlar verən yeganə dövlət ola bilər”.

Globalinfo.az xəbər verir ki, bunu ARPİ Araşdırmalar Mərkəzinin tədqiqatçısı Sergey Melkonyan deyib.

Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın hərəkətləri ilə bəyanatları ziddiyyətlidir:

“Əvvəl deyir ki, KTMT İrəvanın təhlükəsizliyi üçün təhdiddir, sonra da BRİKS sammitinə qatılacağını açıqlayır. Həmçinin Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq da istəmir, paralel olaraq Avropa İttifaqına üzvlük müraciətini bir müddətlik gecikdirə biləcəyini qeyd edir. Rusiya üçün bu bəyanatlar kəskin ziddiyyət təşkil edir. Moskva İrəvanla əlaqələrin kəsilməyəcəyini, münasibətlərin ikitərəfli inkişafını dəstəklədiyini artıq bildirib.

Baş nazir oktyabrda Gürcüstanda keçiriləcək parlament seçkilərinin nəticəsini gözləyir. Gürcü Arzusu Partiyası qalib gələrsə, Abxaziya və Şimali Osetiyanı qaytarmaq üçün Rusiya ilə dialoqa hazır olduğunu bəyan edib. O halda isə Ermənistan faktiki olaraq Rusiya ilə münasibətləri kəsmək deyil, əksinə inkişaf etdirmək istəyən dövlətlərin əhatəsində olacaq”.

“Gürcüstan bu istiqamətdə siqnallar verib. Həmçinin Türkiyə də buna hazırdır, Rusiya o ölkəyə sərmayə qoymaqda maraqlıdır. Moskva Tehranla ən yüksək səviyyədə ikitərəfli saziş imzalamağa çalışır. Həmçinin Rusiyanın Azərbaycanla da əlaqələri yüksək səviyyədədir. Yəni Ermənistan Moskva ilə münasibətləri yaxşı olan dövlətlərin əhatəsində qalır”, – Melkonyan bildirib.

Ayşən Mustafa
Globalinfo.az