Paşinyanın silahdaşı: “Bu, Ermənistanın sonu deməkdir”

“Ermənistan indi Qərb və Rusiya arasında seçim qarşısındadır. İrəvan təhlükəsizlik problemlərinin necə həll olunacağını müəyyən etməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu hakim “Mülki müqavilə” partiyasından olan deputat Qaqik Melkonyan deyib.

O bildirib ki, Ermənistan nə vaxtsa bu seçimi etməlidir:

“Rusiya və Qərb Ermənistanı seçim etməyə çağırır. İrəvan Qərbə doğru getsə Rusiya ilə düşmən olacaq. Əks halda isə Qərblə münasibətlər pisləşəcək. Bizə Rusiya-Belarus ittifaqına qoşulmağı təklif edirlər. Bu isə Ermənistanın sonu deməkdir”.

Paşinyanın silahdaşı əmin edir ki, İrəvan KTMT-dən ayrılmaq məsələsində hələ qəti qərar qəbul etməyib. Amma Ermənistan hökuməti indiki siyasətini davam etdirsə, Moskvanın başçılıq etdiyi blokdan kənarda qalacaq. 

“Müzakirələrdən sonra Ermənistanın KTMT-ni, yoxsa onların bizi tərk edəcəyi məlum olacaq. Amma vaxt var, çünki müzakirələr hələ də davam edir”, – Melkonyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az