Ermənistan müdafiə naziri istefa verir – KİV

Ermənistanın müdafiə naziri Suren Papikyan istefa ərizəsi yazıb.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə Ermənistan mediası çıxış edib.

Məlumata görə, Papikyanın Rusiya ilə kifayət qədər yaxın əlaqələri var və bu səbəbdən o, Nikol Paşinyanın Moskva ilə bağlı addımlarından narahatdır.

Ermənistandakı anti-Rusiya prosesində yer almaq istəməyən nazirin tezliklə istefa verəcəyi iddia edilir.

Ayşən Mustafa
Globalinfo.az