Paşinyanın gizli görüşünün detalları: Erməni baş nazir deyib ki, Azərbaycan…

Paşinyanın iki gün öncə özünün parlamentariləri ilə keçirdiyi görüşün detalları bəlli olub.

Globalinfo.az xəbər verir ki, Paşinyan görüşdə əsasən Rusiya səfəri zamanı apardığı danışıqlardan bəhs edib.

O, mayın 9-da Rusiyanı ziyarət etməsinin doğru qərar olduğunu, bunun Ermənistanın həyati əhəmiyyətli maraqlarından irəli gəldiyini deyib.

Baş nazir deputatlara Ermənistanın Rusiyadan qaz aldığını söyləyib. Buna görə də erməni lider İrəvanın paradda iştirakdan imtinasının təhlükəli avantüra ola biləcəyini vurğulayıb.

Paşinyan görüş zamanı maraqlı etiraf edib. O, Rusiyanın Ukraynada məğlub olacağı halda Ermənistanı nələrin gözləyəcəyini təsvir edə bilmədiyini vurğulayıb. Paşinyan Ermənistanın təkbaşına Türkiyə-Azərbaycan tandeminə qarşı dayana bilməyəcəyini söyləyib.

İlkin Həsənov
Globalinfo.az