08a40000 0a00 0242 1609 08da6c9f3efc w1023 r1 s

“Biz kollektiv Qərblə əlaqələrimizi dərinləşdiririk və bu, daha çox nəzərə çarpır”.

Globalinfo.az xəbər verir ki, bunu hakim “Mülki müqavilə” partiyasından olan deputat Vaaqn Aleksanyan deyib.

“Ermənistan hökuməti hər hansısa addım atmazdan, sənədi imzalamazdan əvvəl bir neçə dəfə düşünür. Bütün məsələlərdə Ermənistanın dövlət maraqlarını balanslaşdırmağa çalışırıq. Biz düzgün istiqamətdə irəliləyirik, ölkəni müstəqil və suveren Ermənistana doğru aparırıq”, – deyə Aleksanyan bildirib.

O, Ermənistan-Rusiya münasibətlərini belə ifadə edib:

“Müharibədən əvvəl Rusiya Cənubi Qafqaz ölkələrinə, o cümlədən Azərbaycana silah tədarük edib. Ancaq biz Bəzi müttəfiqlərimizin düşmənə necə çevrildiyini  gördük”.

Müşviq Tofiqoğlu
Globalinfo.az

 

Paylaş: