“Diversifikasiya – söhbət həm iqtisadi, həm də təhlükəsizlikdən gedir Ermənistanın dayanıqlığı üçün çox vacibdir”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
“Mən hələ də Şərq Tərəfdaşlığının uğurlu olduğu və çoxlu müsbət nəticələri olduğunun tərəfdarıyam. 15 il əvvəl Şərq Tərəfdaşlığı yaradılanda postsovet ölkələrinin əksəriyyəti bir-birinə çox bənzəyirdi, lakin 15 il ərzində onları böyük dəyişikliklər keçiblər” – deyə o bildirib.
Qriqoryan həmçinin deyib ki, Şərq Tərəfdaşlığı Ermənistana müqavimət məsələsində çox kömək edir. Lakin Qriqoryan müqavimət dedikdə bunun kimə qarşı olduğunu açıqlamayıb:
“Diversifikasiya – söhbət həm iqtisadi, həm də təhlükəsizlikdən gedir Ermənistanın dayanıqlığı üçün çox vacibdir. Demokratiya öz növbəsində Ermənistanın dayanıqlılığını artırır. Demokratiya həmçinin Ermənistanın öz təhdidlərinə müqavimət göstərməsi üçün istifadə etdiyi əsas alətdir”.
Qeyd edək ki, Ermənistan mətbuatı hökumətin müqavimət dedikdə daha çox Rusiya və Azərbaycanı nəzərdə tutduğunu qeyd edir. Lakin ölkə rəsmiləri bu iddialara münasibət bildirmirlər. Bununla belə maraqlı olan Ermənistanın cari ildə Qərbdən aldığı yardımları artırmasıdır.
Əliyar Xəlil
Globalinfo.az