pasinyan 99 900x600 1

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanla Moskva arasındakı münasibətlərin dəyişəcəyini və əvvəlki formata qayıtmayacağını bildirib.

Globalinfo.az xəbər verir ki, Paşinyan bunu “Bun TV” kanalının “Üçüncü müddət” proqramında deyib.

“Kim hakimiyyətdə olursa-olsun, Ermənistan-Rusiya münasibətləri artıq əvvəlki kimi olmayacaq”, – deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, əvvəlki münasibətlərə qayıtmaq üçün Ermənistanın hər hansı münaqişəyə cəlb olunması lazım gələrdi.

“Ermənistanda sülh şəraiti qorunduğu müddətdə İrəvanla Moskva arasındakı münasibətlər əvvəlki kimi ola bilməz”, – Paşinyan qeyd edib.

Baş nazir Ermənistanın dəmir yolu kommunikasiyalarına da toxunub. O bildirib ki, Ermənistanın dəmir yolu Rusiya konsessiyasında olduğundan, beynəlxalq yükdaşımaların ölkə ərazisindən yan keçməsinə səbəb olacaq proseslər gedir.

Paşinyanın sözlərinə görə, əsas beynəlxalq nəqliyyat axınlarının Ermənistan ərazisindən keçərək yox, Naxçıvan üzərindən Türkiyəyə yönəlməsi ehtimalı var.

Baş nazir həmçinin Qərblə Rusiya arasında gərginlik fonunda Ermənistanın özünün təşəbbüskarı olduğu regional layihədən kənarda qala biləcəyindən narahatlığını ifadə edib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: