“Biz Qarabağın türklərdə qalmasına izin verməyəcəyik”.
Globalinfo.az xəbər verir ki, bunu Nikol Paşinyana sui-qəsd təşkil etdiyinə görə həbs edilmiş erməni siyasətçi Albert Bazeyan deyib.
“Öz nümunəmizlə biz müxalif, sağlam siyasi qüvvələri birləşdirib, hakimiyyətə alternativ yaratmağa çalışırıq. Hazırda biz Ümumerməni Birləşmiş Alyansı yaradırıq. O bu hökuməti devirəcək. Mən bu yoldan geri çəkilməyəcəm”, – A.Bazeyan bildirib.
O həmçinin hər kəsi Baqrat Qalstanyanın sentyabrdakı mitinqinə qoşulmağa çağırıb.
“Keşişin bir tərəfindən Köçəryanın, digər tərəfində isə Serj Sərkisyanın bloku var. Əhali isə deyir ki, əgər Nikol yoxdursa, Robertlə Serji neyləyirik? Bizə onların heç biri lazım deyil. Bizə yeni adam lazımdır, onu da tapacağıq”.
Qeyd edək ki, A.Bazeyan və digər revanşistlər zaman-zaman Qarabağın yenidən işğal edilməsi bəyanatı ilə çıxış edirlər. Bunun erməni revanşistlər üçün intihara bərabər olduğunu rəsmi İrəvan dəfələrlə etiraf edib.
Əliyar Xəlil
Globalinfo.az