Ermənistanın Baş naziri Nikol Paşinyan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının sədri vəzifəsinə yenidən seçilib.
Globalinfo.az xəbər verir ki, qərar partiyanın qurultayında keçirilən səsvermənin nəticələri əsasında qəbul olunub.
Sədr vəzifəsi üzrə 41 namizəd mübarizə aparıb. Rəsmi açıqlamaya görə Paşinyanın topladığı səs sayı 758 olsa da, nəticələrin əks olunduğu elektron tabloda 826 səs göstərilib. Bu səbəbdən səslərin yenidən hesablanması davam edir.
Qeyd olunur ki, gizli səsvermədə partiyanın 6 mindən çox üzvü iştirak edib.