Xəbərdarlıq atışması idi, kənddə panika var – Avetyan

“Dünənki atışmalar daha çox xəbərdarlığa oxşayır, ciddi hərbi toqquşma olmayıb”. 

Globalinfo.az xəbər verir ki, bu fikirləri “Geqamasar” icmasının keçmiş rəhbəri, Zod sakini Akop Avetyan deyib.

O bildirib ki, azərbaycanlılar kənd istiqamətində atəş açmayıblar.

“Bilirsiniz, kəndlərdə həmişə panika olur. Çünki məlum oldu ki, biz zəif tərəfik və türklər (Azərbaycan Ordusu – red.) nə vaxt istəsələr, qabağa gələ bilərlər. Əhali müqavimət görmür, həyəcanlanır. Döyüş bizim üçün qorxu mühiti yaradır. Bu, yanlış davranışdır”, – A.Avetyan bildirib.

Safura Bənnayeva
Globalinfo.az