Paşinyan və Visler delimitasiya prosesini müzakirə etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Lüksemburq Böyük Hersoqluğunun Deputatlar Palatasının sədri Klod Vislerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məsələsini, sərhədlərin delimitasiyası prosesini müzakirə ediblər.

Paşinyan və Visler regional sabitliyin və sülhün təmin edilməsində Aİ-nin Ermənistandakı mülki missiyasının fəaliyyətinin vacibliyini vurğulayıblar.

Müşviq Tofiqoğlu 

Globalinfo.az