Haniyənin qətli: dünya savaş astanasında – Təcili danışıqlar başladı

“Yüksək vəzifəli amerikalı və avropalı diplomatlar HƏMAS lideri İsmayıl Haniyənin ölmündən sonra Yaxın Şərqdə yeni müharibənin başlamaması üçün təcili danışıqlar aparıblar”.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Financial Times” qəzeti yayıb.

Məlumata görə, Avropa Birliyinin xarici siyasət xidmətinin rəhbərinin müavini Enrike Mora Haniyənin qətlindən sonra Tehranla həyati əhəmiyyətli danışıqlar aparıb. ABŞ Milli Təhlükəsizlik Şurasının koordinatoru Bret Makqurkun isə bənzər danışıqları Səudiyyə Ərəbistanla apardığı vurğulanıb.

Qəzetin mənbələri danışıqlarda əsas müzakirə mövzusunun İranı sui-qəsdə cavab olaraq hücuma etməməsi olub.

“Dünən gecədən hər kəs Tehrana təzyiq edir ki, sui-qəsdə cavab verməsin”, – deyə danışqılar prosesində iştirak edən qərbli diplomat deyib.

Qeyd edək ki, bundan öncə İranın Haniyənin qətlinə cavab olaraq İsrailə birbaşa zərbə endirəcəyi məlumatı yayılmışdı.

Əliyar Xəlil
Globalinfo.az