abs 2

ABŞ-ın İsraildəki səfirliyi iyunun 25-də fəaliyyətini bərpa edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə diplomatik missiyanın bəyanatında yazılıb.

“İsrail və İran arasında atəşkəs səbəbindən bütün məhdudiyyətlər aradan qaldırıb. Biz normal əməliyyatlara qayıtmaqdan çox məmnunuq”, – deyə bildirilib.

Qeyd edək ki, iyunun 24-də İran və İsrail arasında atəşkəs elan olunub.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: