Paşinyan uşaqları iyrənc oyununa alət etdi – VİDEO

Nikol Paşinyanın regionlara səfəri zamanı böyük “hazırlıq işləri”nin aparıldığı artıq hər kəsə bəllidir.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni KİV yazıb.

Belə ki, Paşinyanın Ermənistanın hansı regionuna səfər edəcəyindən asılı olmayaraq, buraya Paşinyana sevgisini ifadə edən şəxslər yerləşdirilir. Bəzən bu işə uşaqlar da alət edilir.

Paşinyanın Martuni və Zəngəzura səfəri zamanı çəkilmiş kadrlarda da bu məqam diqqət çəkib. Nikolu görərkən “sevinən” uşağın əlinə əvvəlcədən verilmiş hədiyyə bağlaması daha əvvəl çəkilən kadrlarda da yer alıb. Bu isə sözügedən qarşılamanın səhnəcik olduğunu sübuta yetirib.

Tamerlan Yayaqan
Globalinfo.az