Qızıl qaçaqmalçılığında şübhəli bilinən və İnterpola üzv olan 196 ölkədə “Qırmızı bülleten”lə axtarılan azərbaycanlı İnqilab Babayev Türkiyədə həbs edilib.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, İstanbulun mərkəzində yerləşən Eyupsultan adlanan ərazidəki evdə tutulub.
Bildirilib ki, o, ailə üzvləri ilə görüşmək üçün başqa ölkədən İstanbula gəlib. Bundan sonra İstanbul Polis İdarəsinin Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Şöbəsinin əməkdaşları onun izinə düşüblər. İ.Babayevin yaxınları Türkiyəyə gələn kimi, o, xüsusi əməliyyatla tutulub.
Polis tərəfindən saxlanılan İ.Babayev barəsində İstanbul məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Türkiyə mediası onu “Qızıl adam” ləqəbi ilə təqdim edib.
