es123

Xəbər verdiyimiz kimi, İsveçrədə sığınacaq almış Emin Hüseynov daşnak Ovsep Xurşudyanla birgə layihəyə başlayıb. Layihənin ilk qonağı isə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktını inkar edən David Stepanyan olub. Emin Hüseynov veriliş zamanı dəfələrlə Azərbaycanı hədəfə gətirib və ermənilərin də bu mövqedən çıxış etmələrinə şərait yaradıb.

Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu deyib ki, Emin Hüseynov uzun illərdir insan hüquqları adı altında çıxış etsə də, əslində erməniləri və erməni separatizmini müdafiə edib:

“O, daim Azərbaycanın əleyhinə mövqe sərgiləyib. Ermənistanın baş naziri Nikol Paşinyanı yenidən hakimiyyətə gətirən erməni cəmiyyəti Qarabağın Azərbaycana məxsus olduğunu qəbul etdiyi halda, Emin Hüseynov bunu hələ də etmir. Bu isə onun mövqeyinin ermənilərdən də radikal olduğunu göstərir. Hesab edirəm ki, Emin Hüseynov David Stepanyanla eyni separatçı mövqedən çıxış edir”.

hikmet babaoglu 900x615 1

Hikmət Babaoğlu

Deputat bildirib ki, Emin Hüseynov hər nə qədər qaçsa, gizlənsə və vətəndaşlıqdan çıxarılsa da, Azərbaycan qanunları qarşısında cavab verməlidir:

“Çünki Azərbaycana qarşı separatçılıq fəaliyyəti və vətənə xəyanət xarakteri daşıyan addımlar atmaqla məşğuldur. İnanıram ki, onun həbsi uzaqda deyil. Vaxtilə erməni separatçıları da əməllərinə görə cəzasız qalacaqlarını hesab edirdilər. Lakin bu gün onlar Azərbaycanın ədalət məhkəməsi qarşısında cavab verirlərsə, Emin Hüseynov kimi xırda, şahmat taxtasının sıravi fiqurları sayılan digər şəxslər də gec-tez Azərbaycan qanunları qarşısında cavab verəcəklər”.

Ləman İmran
Globalinfo.az

Paylaş: