Paşinyan sülhlə bağlı 3 prinsipi açıqladı – “Bakı razılaşıb”

“Azərbaycanla sülh müqaviləsinin 3 əsas prinsipi razılaşdırılıb”. 

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin iclasında deyib.

Paşinyan həmin üç prinsipi açıqlayıb:

“1. Ermənistan və Azərbaycan qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanıyır: müvafiq olaraq 29 800 kvadrat kilometr və 86 600 kvadrat kilometr.

2. Tərəflər Almatı Bəyannaməsi əsasında delimitasiya həyata keçirməyə razılaşırlar. “Bu o deməkdir ki, biz, mahiyyətcə, Sovet İttifaqı dövründə Ermənistanla Azərbaycan arasında inzibati sərhədlərin dövlət sərhədlərinə çevrildiyi prosesdən başlayırıq”.

3. Regional kommunikasiyalar tərəflərin suveren yurisdiksiyasına əsaslanaraq açılır. Hər iki ölkə qarşılıqlılıq və bərabər şəkildə hərəkət edəcəklər”.

Ermənistanın Baş naziri bildirib ki, tərəflər bu prinsiplərə əməl etsələr, sülh müqaviləsi imzalanacaq.

Ayşən Mustafa
Globalinfo.az