a

Ermənistanda əlverişsiz hava şəraiti səbəbindən bir sıra reyslər təxirə salınıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Belə ki, Afina-İrəvan A3898, Vyana-İrəvan OS641, Vyana-İrəvan W42891, Moskva-İrəvan SU1964, Moskva-İrəvan 3F322, Moskva-İrəvan 5G710 reyslərində gecikmə qeydə alınıb, Varşava-İrəvan LO729 isə ləğv edilib.

Diqqətçəkən məqam Ermənistanın Baş naziri Nikol Paşinyanın belə əlverişsiz havada Rusiyaya getməsidir. Onun bu gün Moskvada keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirakı gözlənilir.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: