Dollar haqda qorxunc proqnoz – Amerikalı iqtisadçı açıqladı

“ABŞ-da mümkün defolt Amerika xalqı, ölkə iqtisadiyyatı və milli valyuta üçün ağır nəticələrə səbəb ola bilər”.

Globalinfo.az xəbər verir ki, bunu amerikalı iqtisadçı Skott Makdonald deyib.

O, mümkün defoltun dolların “dünyanın aparıcı valyutası” taxtından devrilməsinə təkan verəcəyini qeyd edib:

“Hazırda Çin, Rusiya, Cənubi Afrika Respublikası və bir sıra dövlətlər başqa valyutalarla müxtəlif ticarət əməliyyatları həyata keçirməyə başlayıblar. Mümkündür ki, defolt dolların çökməsinə təsir edəcək. Eyni zamanda, Vaşinqtonun nümayəndələri müxtəlif qiymətli kağızlar və xəzinə istiqrazları şəklində sonsuz pul çap etmək imkanını itirməkdən çox qorxurlar”, – Makdonald deyib.

Zaira Akifqızı
Globalinfo.az